İrandan Ukraynadakı səfirinin akkreditasiyasının ləğv edilməsinə münasibət

İrandan Ukraynadakı səfirinin akkreditasiyasının ləğv edilməsinə münasibət

İran Ukraynanın Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə bağlı "yalan məlumatlara" görə onunla əlaqələri kəsmək qərarından təəssüflənir.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

"Ukrayna hökumətinin İran İslam Respublikası ilə diplomatik əlaqələrlə bağlı qərarından təəssüflənirik, bu qərar yalan xəbərlərə əsaslanır", deyə İran XİN-in sözçüsü bu günkü açıqlamasında bildirib.

“Biz Ukrayna hökumətinin qərarına cavab olaraq ölkəmiz üçün müvafiq tədbirlə cavab verəcəyik və rəsmi Kiyev hökumətinə iki ölkə arasında münasibətləri pozmağa çalışan üçüncü tərəflərin təsirinə düşməməyi tövsiyə edirik”, deyə Kanani əlavə edib.

O deyib:

"Ukrayna və Rusiya arasındakı münaqişədə İran İslam Respublikasının açıq-aydın bitərəflik siyasətinə istinad edərək, biz ölkəmizin müharibəyə qarşı olduğunu və mübahisələrin zorakılıqdan uzaq, siyasi yolla həllinin vacibliyinə təkidlə yanaşırıq.”

Qeyd edək ki, Ukrayna Rusiyaya PUA satdığına görə İran səfirinin akkreditasiyasını ləğv edib.

Xəbəri paylaş

VİDEOLAR