İrandan Ukrayna müharibəsinə PUA-ların göndərilməsi xəbərinə münasibət

İrandan Ukrayna müharibəsinə PUA-ların göndərilməsi xəbərinə münasibət

“İran Ukrayna müharibəsində istifadə məqsədilə heç bir silah satmayıb və bundan sonra da satamayacaq.”

Az.rasthaber.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan portuqaliyalı həmkarı ilə telefon danışığında deyib.

Söhbət zamanı tərəflər ikitərəfli münasibətlərlə bağlı məsələlər, eləcə də ümumi maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ukrayna böhranı ilə bağlı Abdullahiyan portuqaliyalı həmkarını əmin edib ki, rəsmi Tehran Ukraynada istifadə üçün heç bir silah verməyib və verməyəcək.

O əlavə edib ki, böhranın tərəflərindən hər hansı birinin silahlandırılması müharibənin müddətini uzadacaq.

Qeyd edək ki, bundan öncə Ukrayna prezidenti Volodimr Zelenski Rusiyanın ölkəyə İran PUA-ları ilə hücum etdiyini bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR