İrandan Trampa xəbərdarlıq: Tarix üçün dərs olacaq reaksiyalar alacaqsınız

İrandan Trampa xəbərdarlıq: Tarix üçün dərs olacaq reaksiyalar alacaqsınız

İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusunun baş komandanı general-mayor Məhəmməd Pakpur ABŞ bazalarına hücumla bağlı açıqlamalar verib.

Az.rasthaber.com xəbər verir ki, Məhəmməd Pakpur Fəth əməliyyatı adı altında ABŞ bazasına edilən hücumdan sonra verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampa müraciət edib.

General-mayor Pakpur deyib:

“ABŞ-a xəbərdarlıq edirik ki, İran İslam Respublikasının müqəddəs nizamı və şəhidlər verən İran torpaqları dəfələrlə pozularsa, tarixə dərs olacaq daha dağıdıcı və kədərli reaksiyalar alacaq”.

Xəbəri paylaş

VİDEOLAR