İrandan Trampa CAVAB

İrandan Trampa CAVAB

İran Donald Trampın İran rəsmilərinin Ağ Evdə görüş istəməsi ilə bağlı iddiasını rədd edib.

Az.rasthaber.com xəbər verir ki, İranın Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Daimi Nümayəndəliyinin rəsmi X hesabından verilən açıqlamada deyilib:

"Heç bir iranlı məmur indiyə qədər Ağ Evin qapısında yalvarmaq istəməyib. Onların yalanlarından daha iyrənc olan yeganə şey onun İranın Ali Rəhbərini "ortadan qaldırmaq" üçün qorxaqcasına hədələməsidir. İran təzyiq altında danışıqlar aparmır, təzyiq altında sülhü qəbul etmir, aktuallığını qorumağa çalışan keçmiş döyüşçü ilə əsla. İran istənilən təhdidə təhdidlə, istənilən hərəkətə isə qarşılıqlı tədbirlərlə cavab verəcək".

Xəbəri paylaş

VİDEOLAR