Ərəbcə paylaşımında Zərif ərəb nazirin "üstüörtülü" mesajına, "üstüörtülü" cavab verib
Rasthaber Azərbaycan xəbər verir ki, Səudiyyə Ərəbistanının XİN rəhbəri Riyadın İranla müzakirə görüşmələri üçün vasitəçi təklif etmə təklifinə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün tvitter hesabında cavab verib.
O “Biz bölgənin mənfəətlərinə xidmət edəcək hər cür ortaq addım atmağa hazır olduğumuzu elan edirik.”, -deyib.
Ərəbcə paylaşımında Zərif “Biz bölgə xaqlarına ümid, sabitlik və rəfah gətirəcək hər addımı məmnuniyyətlə qarşılayırıq”, -deyə qeyd edib.
Ərəbistanının XİN rəhbəri Faysal Bin Farhan İranla müzakirələrə hazır olduğunu açıqlamışdı.