İran sionist İsrailin HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə qarşı həyata keçirdiyi sui-qəsdin ilkin araşdırmalarında, sui-qəsdin havadan yerə atılan raketlə həyata keçirildiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Fars Xəbər Agentliyi İranda rəsmi qonaq qismində olan və öz iqamətgahında qətlə yetirilən HƏMAS lideri Haniyəyə sui-qəsdlə bağlı ilkin araşdırmalarla bağlı əldə etdiyi məlumatı paylaşıb.
Tehranın şimalında Haniyənin qonaq olaraq qaldığı evin dördüncü mərtəbəsinə hava-yer raketi atıldığı, partlayış nəticəsində Haniyənin olduğu otağın pəncərələri və tavanının dağıdıldığı bildirilib.
Qeyd edilib ki, araşdırmalar nəticəsində sui-qəsdin qəti olaraq İsrail tərəfindən həyata keçirilən “hərbi hərəkət” olduğu müəyyən edilib.