İrandan kiberhücumlarla bağlı açıqlama

İrandan kiberhücumlarla bağlı açıqlama

İran son bir neçə ayda böyük kiberhücumlara məruz qalıb, Tehran onlara cavab verə bilər.

Rasthaber Azərbaycan İRNA-ya istinadən bildirir ki, bu haqda İran XİN rəsmisi Abbas Musəvi bildirib.

Onun sözlərinə görə, hər gün İrana qarşı minlərlə kiberhücum olur. Bu, elə də fövqəladə bir şey deyil və İran onların müəyyən hissəsini dəf edir. Bu hücumlar ölkəyə hər hansı bir təsir göstərmir.

“Son bir neçə ayda ölkə infrastrukturuna bir neçə daha böyük kiberhücumlar edilib”, – deyə o qeyd edib.

O deyib ki, məsələni tədqiq etmiş iranlı analitiklər kiberhücumları dəstəkləmiş ölkələri və həmçinin onları həyata keçirən qruplaşmaları müəyyən edə biliblər. Lakin o, bunların arxasında duran konkret ölkə adları çəkməyib və ABŞ-ın əlinin olduğunu da istisna etməyib.

O həmçinin bildirib ki, son yanğınlar kiberhücumlarla bağlı deyil və əlavə edib ki, İran bu hücumlara cavab vermək hüququna sahibdir, o cümlədən də kiberməkandan istifadə edərək.

Xəbəri paylaş

VİDEOLAR