İrandan İsrailin Qəzzaya hücumuna reaksiya

İrandan İsrailin Qəzzaya hücumuna reaksiya

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani sionist rejimin Qəzza zolağına qarşı yeni hücumlarına münasibət bildirib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist rejimin Qəzza zolağına qarşı yeni hücumlarına cavab olaraq Tvitter hesabında belə bir paylaşım edib:

"İşğalçı qüvvələr 2 gün ərzində Qəzza zolağında 200-ə yaxın nöqtəni hədəfə alıb. Rejimin əsas hədəfi yaşayış məntəqələri idi. 

Bu hücumlar nəticəsində indiyədək 25-dən çox insan şəhid olub, başda uşaq və qadınlar olmaqla onlarla insan yaralanıb.

Sionistlərin zülmünə baxmayaraq, məzlum Fələstin xalqı güclü olaraq qalır və bəzi müqavimət komandirlərinin şəhadəti onların rejimə cavab verməsinə mane olmayacaq.

Fələstin və müqavimət qrupları birləşib və qərarlıdırlar və işğal olunmuş əraziləri qəsb edənlər keçmişdə olduğu kimi bu gün də törətdikləri qətllərdən məğlubiyyətdən başqa bir şey qazanmayacaqlar.".

Xəbəri paylaş

VİDEOLAR