İrandan İsrail tərəfdarlarına xəbərdarlıq: Kənarda dayanın!

İrandan İsrail tərəfdarlarına xəbərdarlıq: Kənarda dayanın!

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi sionist rejimin tərəfdarlarına tövsiyə edib: “İsrail və İran rejimi arasında qarşıdurmaya girməyin və bu münaqişədən kənarda durun.”

Az.rasthaber.com xəbər verir ki, İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyi cümə axşamı ölkəmizin ABŞ-la əlaqə kanalları, eləcə də İsrail rejiminin yeni şərinə yeni reaksiyamızın ölçüləri ilə bağlı sualları cavablandırarkən deyib: “İranın rəsmi mesajını ötürmək üçün yeganə kanal Amerikanın maraqlarının müdafiəsi ofisi kimi Tehrandakı İsveçrə səfirliyidir.”

 

İranın BMT-dəki nümayəndəliyi əlavə edib: “Bizim cavabımız yalnız təcavüzkara qarşı olacaq. Əgər bu arada bir ölkə təcavüzkara kömək edərsə, o ölkə cinayətin ortağı və qanuni məqsəd kimi qəbul ediləcək.”

 

Nümayəndəlik vurğulayıb: “Tövsiyəmiz budur ki, onlar İsraillə İranın qarşıdurmasına girməsinlər və bu münaqişdən kənarda qalsınlar.”

Xəbəri paylaş

VİDEOLAR