İrandan İsrailə: Qadınları və uşaqları öldürmək qələbə demək deyil!

İrandan İsrailə: Qadınları və uşaqları öldürmək qələbə demək deyil!

İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri İran Radio və Televiziyasının Beynəlxalq Seminar Salonunda çıxış edərək, müqavimət qüvvələrinin oktyabrın 7-də təşkil etdiyi Əl-Əqsa tufanı əməliyyatını dəyərləndirib və deyib: “Əl-Əqsa tufanı sionistlərin illər boyu Fələstin xalqına etdiyi zülm və zülmün nəticəsidir".

Az.rasthaber.com xəbər verir ki, General-mayor Baqiri deyib:

"Fələstin müqaviməti onun gücünə arxalanaraq, sionist rejimin məğlubedilməzliyi ilə bağlı saxta imicini sındırmağa nail oldu. Fələstin xalqı ayağa qalxıb öz haqlarını almağa qərar verdi". 

General-mayor Baqiri Qəzzada davam edən qırğına reaksiya verərək bildirib ki, "Sionistlər bir il Qəzzanı bombalamağa davam edərlərsə, bu müharibənin uduzan o olacaq. Xəstəxanaları və təcili yardım maşınlarını vurmaq, köçkünləri, qadınları və uşaqları havadan bombalamaq qələbə demək deyil”.

İranın Baş Qərargah rəisi “Qəzzada internet bağlanan kimi sionist tanklarının yandırılması görüntülərinin şahidi olacağıq” deyib və əlavə edib: “İndi sionistlər öz uğursuzluqlarını kompensasiya etmək üçün soyqırımlarını davam etdirirlər və təəssüf ki, dünya bu hadisələrə səssiz qalmağa davam edir”.

Xəbəri paylaş

VİDEOLAR