İşğalçı İsrailin Qəzza və Livana hücumları bölgədə gərginliyi artırır.
Az.rasthaber.com xəbər verir ki, İranın oktyabrın 1-də işğalçı İsraili ballistik raketlərlə cəzalandırmasından sonra sionist rejim İrana cavab iddia edib. İran İnqilab Keşikçiləri Qvardiyasının komandanı Hüseyn Səlami isə işğalçı İsrailə cavab hücumu ilə bağlı xəbərdarlıq edib.
Səlami, "İsrailə deyirik ki, əgər səhv edib bölgədəki və ya İrandakı hədəflərimizə hücum etsəniz, sizi yenidən ağrılı şəkildə vuracağıq", - deyə qeyd edib.
İranın işğalçı İsrailin müdafiə sistemlərinə nüfuz edə biləcəyini də əlavə edən Səlami, ABŞ-ın İsrailə yerləşdirdiyi təkmil hava hücumundan müdafiə sisteminin İranın cavab tədbirinin qarşısını ala bilməyəcəyini bildirib.