İrandan işğal olunmuş ərazilərə RAKET YAĞIŞI

İrandan işğal olunmuş ərazilərə RAKET YAĞIŞI

İran İnqilab Keşikçiləri Korpusu sionist rejimin törətdiyi cinayətlərə cavab olaraq işğal olunmuş ərazilərə raket zərbələri endirib.

Az.rasthaber.com xəbər verir ki, İranın raketləri sionist rejimin törətdiyi cinayətlərə cavab olaraq İsrail hədəflərinə istiqamətlənib.

İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri tərəfindən təşkil edilən "Real Promise 3" adlı əməliyyatda onlarla raket və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib.

Bu əməliyyatda “Ya Əli ibn Əbi Talib (ə.s)” şifrəsi ilə yüzlərlə İran raketi və PUA-sı işğal olunmuş ərazilərə doğru atılıb.

İranın yeni hücumları qarışıq şəkildə həyata keçirilir və onun silahlı qüvvələri raket və PUA-larla sionistləri hədəfə alıb.

Sionist mənbələr işğal olunmuş şimal ərazilərində partlayışların çox güclü olduğunu və yeraltı təkanların xalq tərəfindən hiss edildiyini bildiriblər.

Xəbəri paylaş

VİDEOLAR