İrandan İngiltərədə yaşlı bir müsəlmanın yandırılmasına reaksiya

İrandan İngiltərədə yaşlı bir müsəlmanın yandırılmasına reaksiya

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İngiltərənin Birmingem şəhərində yaşlı müsəlmanın yandırılmasını şok və dəhşətli adlandırıb və bildirib ki, bu vəhşi hərəkəti təfərrüatlı şəkildə araşdırmaq və onun nəticələrini izah etmək Britaniya hökumətinin təcili vəzifəsidir.

Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani dünən Tvitter hesabında yazdığı mesajda İngiltərənin Birmingem şəhərində yaşlı müsəlmanın yandırılmasına reaksiya verərək bildirib:

"İngiltərənin Birmingem şəhərində yaşlı müsəlmanın məsciddən çıxarkən küçədə və xalqın gözünün önündə yandırılması şok edici və qorxuncdur. 

Qərbdə sistematik anti-islamizm və islamafobiya açıq şəkildə nifrət və zorakılıqla nəticələnir.

Bu barbar hərəkəti araşdırmaq və onun nəticələrini izah etmək Britaniya hökumətinin bilavasitə məsuliyyətidir.

Təbii ki, Britaniya polisində institusional irqçiliklə bağlı son xəbərlər inandırıcı və düşündürücü deyil.".

Xəbəri paylaş

VİDEOLAR