İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani bu gün keçirdiyi mətbuat konfransında mətbuat mənsublarının suallarını cavablandırıb.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani həftəlik mətbuat konfransında gündəmi dəyərləndirib.
Kənani, nüvə sazişinin üzvü olan üç Avropa ölkəsinin (Fransa, Almaniya və İngiltərə) sazişdəki öhdəliklərini yerinə yetirmədiyinə görə ABŞ qədər məsuliyyət daşıdığını bildirərək, bu üç dövlətin ölkələr öz səhlənkarlıqlarına görə məsuliyyət daşımalı olduğunu qeyd edib.
"Onların səhlənkarlığına baxmayaraq, iddiaçı qismində oturub İrana qarşı ittihamlar irəli sürməsi və ya İrana qarşı sanksiyalar tətbiq etməsi qanunsuz və qəbuledilməzdir", - Kenani deyib.
İranın bu hərəkətlərin konstruktiv olmadığına inandığını dilə gətirən Kənani deyib: "Bu ölkələr ittihamlar səsləndirmək əvəzinə nüvə anlaşması çərçivəsində öhdəliklərini yerinə yetirməlidirlər".
Kənani xarici işlər naziri Əmir Abdullahiyanın Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü dəyərləndirib:
"Biz Azərbaycanla konstruktiv yoldayıq və hər iki tərəf razıdır. Xarici işlər naziri bu yaxınlarda Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirak edib, həmkarları və Azərbaycan prezidenti ilə görüşüb. İnanırıq ki, Azərbaycanın İrandakı səfirliyinin əməli addımlarla fəaliyyətə başlaması üçün müsbət ab-havanın şahidi olacağıq".