İrandan "Fələstin Məhbuslar Günü"ndə beynəlxalq ictimaiyyətə çağırış

İrandan

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani 17 aprel “Fələstinli Əsirlər Günü” münasibəti ilə “Twitter” səhifəsində yazıb: “Saxta insan haqları müdafiəçiləri sionist aparteid rejimində təxminən 5 min fələstinli məhbus, 31 qadın və 160 uşağın taleyindən xəbərdardırmı?”

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani 17 aprel “Fələstinli Məhbuslar Günü” münasibəti ilə “Twitter” səhifəsində paylaşım edib.

Az.rasthaber.com xəbər verir ki, Kənani paylaşımında bildirib.

“Qərb ölkələrində saxta insan haqları müdafiəçilərinin fələstinlilərin hüquqlarının anti-bəşər sionist rejimi tərəfindən geniş şəkildə və mütəşəkkil şəkildə pozulmasına qulaqbatırıcı susqunluğu davam edir. 

Bu saxta insan haqları müdafiəçiləri sionist aparteid rejimi altında 5 minə yaxın fələstinli məhbusun, 31 qadın və 160 uşağın taleyindən xəbərdardırmı?

Bu barədə tarix və ayıq insan vicdanı hökm verəcək".

Xəbəri paylaş

VİDEOLAR