İran İslam Respublikasının XİN mətbuat katibi Səid Xətibzadə açıqlama verib
İran İslam Respublikasının XİN mətbuat katibi dünən axşam Fransada nəşr edilən "Charlie Hebdo" jurnalı tərəfindən İslam Peyğəmbəri (s.ə.s.) barədə hörmətsiz təsvirlərin yayılmasını kəskin şəkildə qınayıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının XİN mətbuat katibi Səid Xətibzadə Fransanın "Charlie Hebdo" nəşrinin əziz İslam peyğəmbərinə (s.ə.s) hörmətsizliyinə toxunaraq deyib: "İslamın əziz peyğəmbərinə (s.ə.s) və digər ilahi peyğəmbərlərə qarşı istənilən təhqir və hörmətsizlik qəbuledilməzdir".
"Fransız nəşrinin ifadə azadlığı bəhanəsi ilə təkrarlanan alçaldıcı hərəkəti, dünyadakı təkallahlıların emosiyalarına toxunub, dünyadakı bir milyarddan çox müsəlmanın İslam dəyərlərinə və inanclarına hörmətsizlik və təhrikedici bir hərəkətdir.", -deyə İran rəsmisi əlavə edib.
Xətibzadə sonda vurğulayıb ki, sözü gedən nəşrin etdiyi təhqiramiz hərəkətin əksinə olaraq, ifadə azadlığı insan övladının dinc yanaşı yaşaması və dinlər arasında daha çox anlaşma üçün konstruktiv şəkildə istifadə edilməli olan yüksək bir dəyərdir.