İrandan Beynəlxalq Ədalət Məhkəməsinin vitse-prezidentinin İsraili dəstəkləməsinə reaksiya

İrandan Beynəlxalq Ədalət Məhkəməsinin vitse-prezidentinin İsraili dəstəkləməsinə reaksiya

İranın Xarici işlər nazirinin müavini Beynəlxalq Ədalət Məhkəməsinin vitse-prezidentinin İsraili dəstəkləməsinə reaksiya verib

Az.rasthaber.com xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq işlər üzrə nazir müavini Kazım Qəribabadi, Beynəlxalq Ədalət Məhkəməsinin vitse-prezidentinin İsrailə verdiyi dəstək mesajına reaksiya verib.

O, X hesabında yazıb: Məhkəmə etikasının şok edici formada pozulması: Beynəlxalq Ədalət Məhkəməsinin vitse-prezidenti açıq şəkildə Məhkəmə qarşısında çoxsaylı işləri olan İsrail rejiminin tərəfini tutur. Bu açıq qərəzlilik Beynəlxalq Ədalət Məhkəməsinin etibarını sarsıdır və əsas məhkəmə qərəzsizliyi prinsipini pozur.

Xəbəri paylaş

VİDEOLAR