İrandan Almaniya kansleri Şoltsun iddiasına CAVAB

İrandan Almaniya kansleri Şoltsun iddiasına CAVAB

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Netanyahu ilə görüşündə İranı günahlandıran Almaniya kansleri Şoltsun sözlərinə reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, İranın nüvə silahı əldə etməyə çalışdığını iddia edən Almaniya səlahiyyətlilərinin sionist rejimin iddialarını təkrarladığını deyən Kənani bildirib:

"Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ən sıx nəzarəti altında olan İranın sülhməramlı nüvə proqramını təhlükə hesab edən Almaniya rəsmisinin beynəlxalq hüquq normalarını pozan saxta və işğalçı sionist rejimin nüvə silahı arsenalının region və dünya üçün yaratdığı təhdidləri qeyd etməməsi çox təəccüblüdür.

Müstəqil ölkələr və dünya ictimai rəyi ikili standartlara əsaslanan bu cür münasibət və davranışlardan bezib".

Kənani daha sonra bildirib ki, Qərbin İrana qarşı iddia və ittihamları dünya ictimaiyyətinin gözündə nüfuzdan düşüb.

Xəbəri paylaş

VİDEOLAR