İrandan ABŞ və İsrailə xəbərdarlıq: Əgər Qəzzada cinayətlərinizə davam etsəniz...

İrandan ABŞ və İsrailə xəbərdarlıq: Əgər Qəzzada cinayətlərinizə davam etsəniz...

İranın xarici işlər naziri Abdullahiyan İsrailin Qəzzaya hücumlarını “soyqırım” kimi qiymətləndirərək deyib: “Buradan açıq şəkildə bildirirəm ki, bu gün bölgə barut çəlləyinə çevrilib. Soyqırımın davam etdirilməsi və Qəzza əhalisinin məcburi köçü kimi yanlış addımlar həm bölgə, həm də müharibə istəyənlər üçün ağrılı nəticələrə səbəb olacaq"

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranda Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor ilə birgə mətbuat konfransı keçirib.

Görüşdə Cənubi Afrika Respublikası ilə ikitərəfli əlaqələr və regional inkişaflar müzakirə edilib, İsrailin Qəzzaya hücumları və fələstinlilərə humanitar yardımın çatdırılması qiymətləndirilib.

Cənubi Afrika Respublikası ilə beynəlxalq və regional məsələlərdə konsensusa sahib olduqlarını qeyd edən Abdullahiyan həmkarı ilə Qəzzəyə edilən hücumlar və yardım mövzularında danışdıqlarını bildirib.

Abdullahiyan İsrailin bölgədə ABŞ-ın “vəkil gücü” olaraq olduğunu ifadə edərək deyib:

ABŞ prezidenti Bayden Təl-Əvivə gedir və Qəzzada xəstəxanaları, məscidləri, kilsələri və mülki yaşayış məntəqələrini bombalayan İsrail rejiminə dəstək verir. Bu çox acınacaqlı vəziyyətdir. Bayden Təl-Əvivdə yüzlərlə silah göndərərək İsrail rejiminə kömək edəcəklərini açıqlayır. Bu, ABŞ-ın fələstinlilərə qarşı müharibəyə başladığını açıq şəkildə göstərir".

Abdullahiyan İsrailin Qəzzaya hücumlarını “soyqırım” olaraq xarakterizə edərək bildirib:

Buradan açıq şəkildə bildirirəm ki, bu gün bölgə barut çəlləyinə çevrilib. Soyqırımın davam etdirilməsi və Qəzza əhalisinin məcburi köçü kimi yanlış addımlar həm bölgə, həm də müharibə istəyənlər üçün ağrılı nəticələrə səbəb olacaq".

İsrailin hücumlarının davam edəcəyi təqdirdə bölgədəki vəziyyətin nəzarətdən çıxacağı ilə bağlı xəbərdarlıq edən Abdullahiyan deyib:

"İsrail və ABŞ-a xəbərdarlıq edirəm: Əgər onlar soyqırım və müharibə cinayətlərini davam etdirsələr, bölgədə hər an hər şey baş verə bilər və vəziyyət nəzarətdən çıxa bilər".

Xəbəri paylaş

VİDEOLAR