İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib
Rasthaber Azərbaycan xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə, paytaxt Tehranda növbəti mətbuat konfransında, ABŞ-ın İraq-Suriya sərhəd bölgəsindəki İran dəstəkli milis qruplarının istifadə etdiyi obyektlərə hava hücumuna münasibət bildirib.
Xətibzadə: “ABŞ-ın yeni rəhbərliyi keçmiş prezident Donald Trump rəhbərliyinin siyasətini izləyir. Sanksiya tətbiqini davam etdirməsi və bölgədə sabitliyi pozmağa cəhd etməsi bunun göstəricisidir. Lakin yaratdığı qeyri-sabitliyin qurbanları arasında özünün də iştirak edəciyinin idrakında deyil”, -deyə bildirib.