İrandan ABŞ-ın ittihamına cavab

İrandan ABŞ-ın ittihamına cavab

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi ABŞ-ın anti-Tehran ittihamını İraqın 17 il işğalından və bu ölkənin yüz minlərlə günahsız vətəndaşının qırğın edilməsindən yayınma adlandırıb.

Rasthaber Azərbaycan xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxte Rəvançi dünən axşam Amerikanın Bağdaddakı səfirliyinə qarşı hücum qarşısında İran İslam Respublikasına ittiham vurmasına cavab olaraq, Amerikanın İrana qarşı ittihamlarının diqqətləri İraq xalqınn Vaşinqton tərəfindən iraqlılara qarşı son qırğın əleyhinə əsəbiliyindən yayındırmaq üçün olduğunu bildirib.

"Haşdi Şabi  və onun qolları sırf iraqlı bir qrupdur. Bu qrup hakim, qanuni və demokratik İraq hökumətinin nəzarəti və onun qanunları altında fəaliyyət göstərir. Bu qrup İŞİD terror qruplaşması ilə mübarizədə və onun İraqda məğlub edilməsində mühüm rola malik olubdur.", -deyə Rəvançi bildirib.

Xəbəri paylaş

VİDEOLAR