İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin İran əleyhinə iddialarına münasibət bildirib.
Az.rasthaber.com xəbər verir ki, Nasir Kənani deyib:
“Biz Fars körfəzi və Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı ABŞ səlahiyyətlilərinin İrana qarşı irəli sürdüyü iddia və ittihamları tamamilə rədd edir və bu iddiaların əsassız olduğunu bildiririk.
İran Fars körfəzi və regional və beynəlxalq sularda dəniz təhlükəsizliyinin təmin edilməsində ən təsirli ölkədir və İran hökuməti Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyinə zəmanət verib.
ABŞ rəsmisinin açıqlamalarının əksinə olaraq, İranın neft daşımalarına müsadirə etməklə dəniz qanunlarını pozan və beynəlxalq ticarətin təhlükəsizliyini təhlükə altına alan ABŞ hökumətidir”.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi iddia edib ki, İran son 15 ildə 15 ticarət gəmisinə təcavüz edib və ya onlara hücum edib.
Kirbi sözügedən gəmilərin pozuntularına toxunmadan, İranın hərəkətinin gəmiçilik hüquqlarını və beynəlxalq sularda gəmilərin azadlığını pozduğunu, ABŞ-ın bu bölgədə və Hörmüz boğazında bu azadlığın təhlükə altına düşməsinə icazə verməyəcəyini bildirib.