İranın xarici işlər naziri Abbas Əraqçi sionist İsrailin İrana hücum planı barədə məlumatı olduğunu açıqlayan Baydenə deyib: “Vasitə və dəstək verən hər kəs məntiqi olaraq mümkün itkilərə görə məsuliyyət daşımalıdır”.
Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın buna dəstək verəcəyi təqdirdə İranda baş verə biləcək itkilərə görə məsuliyyət daşıyacaqlarını bəyan edərək, qatil İsrailin İrana mümkün hücumu ilə bağlı məlumatlara malik olduğunu bildirib.
Əraqçi sosial media hesabından paylaşdığı mesajda ABŞ prezidenti Co Baydenin "İsrailin İrana necə və nə vaxt cavab verəcəyi ilə bağlı məlumatı var" ifadəsinə işarə edib.
İranlı nazir deyib:
“İsrailin İrana necə və nə vaxt hücum edəcəyi barədə məlumatı olan və ya belə bir dəlilik üçün vasitə və dəstək verən hər kəs, məntiqi olaraq, mümkün itkilərə görə məsuliyyət daşımalıdır”.
ABŞ prezidenti Co Bayden dünən bir jurnalistə "İsrailin İrana necə və nə vaxt cavab verəcəyi barədə məlumatınız varmı?" Bayden suala “Bəli, bəli” cavabını verib. Jurnalistin "Bizə deyə bilərsinizmi?" sualına Bayden “yox” cavabını verib.