İrandan ABŞ-a cavab: Yalan, ittihamlar sizin işinizdir

İrandan ABŞ-a cavab: Yalan, ittihamlar sizin işinizdir

İran XİN rəsmisi Abbas Musəvi açıqlama verib

Rasthaber Azərbaycan İran mediasına  istinadən xəbər verir ki, İran XİN rəsmisi Abbas Musəvi bildirib ki, ABŞ özünün əsassız bəyanatları ilə İrana qarşı silah embarqosunun uzadılmasını əsaslandırmaq istəyir.

Xatırladaq ki, daha öncə ABŞ dövlət katibi Mayk Pompeo iddia edib ki, yəmənli husilərə silah daşıyan İran gəmisi tutulub.

“Yalan, ittihamlar və kin-nifrət yaymaq cəhdləri ABŞ siyasətinin əsas elementləridir, xüsusilə də oradakı hazırkı rejimin”, – deyə Musəvi bildirib və ABŞ-ın bəyanatlarını “boş” adlandırıb.

Onun sözlərinə görə, “amerikalılar hiss edirlər ki, onların beynəlxalq arena və BMT TŞ-dakı (İrana qarşı) silah embarqosunun uzadılması səyləri nəticə vermədi”.

“Bu cür ittihamlar və yalanla onlar gələcək maksimal təzyiq üçün bəhanə axtarırlar ki, pis məqsədlərinə yol açsınlar”, – deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR