İranda zəvvar avtobusu qəzaya uğradı: Ölənlər var

İranda zəvvar avtobusu qəzaya uğradı: Ölənlər var

Yəzd Məşhəd yolunda yol qəzası baş verib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu gün səhər Yəzd - Təbəs  magistral yolunun 55-ci km-liyində yol qəzası baş verib.

Yəzdən Məşhədə ziyarətə gedən sərnişin avtobusunun yük maşının qoşqusu ilə toqquşması 4 nəfərin ölümünə, 6 nəfərin isə yaralanmasına səbəb olub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qeyd edək ki, İranda yol qəzası zamanı hər il yüzlərlə insan ölür.

Xəbəri paylaş

VİDEOLAR