İranda ZÜLFÜQAR 99 hərbi təlimlərinin ikinci günüdür

İranda ZÜLFÜQAR 99 hərbi təlimlərinin ikinci günüdür

Təlimlər Hörmüz boğazının şərq suları, Məkran sahilləri, Oman dənizi və Hind okeanının şimalının daxil olduqları hüdudlarda keçirilir

İki gün davam edəcək "Zülfüqar-99" hərbi təlimləri İran İslam Respublikası Ordusunun quru qoşunları, hava qoşunları, hava hücumundan müdafiə qüvvələri və dəniz qoşunlarından bölmələrin iştirakı ilə Hörmüz boğazının şərq suları, Məkran sahilləri, Oman dənizi və Hind okeanının şimalının daxil olduqları hüdudlarda bu gün də davam edir.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, hərbi təlimlərin birinci günündə yüksək sürətlə çox yüksək hündürlükdə uçan düşmənin bir hava obyekti radarlar tərəfindən tapılmaq üçün çox cüzi bir səviyyəyə malik olmuş olsa da Xatəmulənbiya (s.ə.s.) adına hava hücumundan müdafiə qərargahının nəzarətində olan radar sistemləri tərəfindən aşkar edilib və modernləşdirilmiş "yer-hava" növündən olan "Şələmçə" raketinin uğurlu atışı ilə məhv edilib.

Təlimlərin davamında ordunun dəniz piyadaları və komandosları Məkran sahillərində dəniz-yer tipli mürəkkəb və müştərək əməliyyatı ikitərəfli formada icra ediblər.

Nəzərdə tutulan sahili ələ keçirmək məqsədilə işlənib hazırlanaraq, icra olunan bu hücum və əks-hücum əməliyyatında dəniz qüvvələrinin aviasiya və dəniz təchizatları, quru qoşunlarının iki iqlimli transportyorları hava qoşunlarının qırıcı-bombardmançı təyyarələrinin himayəsi altında uğurla istifadə olunub.

Həmçinin İran İslam Respublikası Ordusunun hava qoşunlarının F-4 tipli qırıcı-bombardmançı təyyarələri öz bazalarından təlimlərin keçirildiyi ümumi bölgəyə tərəf uzaq mənzilli uçuş və tanker təyyarəsindən havada yanacaqdoldurma əməliyyatını həyata keçirdikdən sonra modernləşdirilmiş "hava-yer" tipli dəqiq raketlərdən istifadə edərək, təlimlərin ümumi bölgəsində öz yerdəki hədəflərini məhv ediblər.

Hərbi təlimlərin bu ssenarisinin davamında həmçinin F-4 tipli qırıcı-bombardmançı təyyarələr dənizdə hərəkətdə olan hədəflərə atəşaçma əməliyyatını uğurla məşq ediblər.

Tam şəkildə İran istehsalı olan "Fateh" tipli sualtı qayıq da ilk dəfə olaraq İran İslam Respublikası Ordusunun "Zülfüqar-99" hərbi təlimlərində iştirak edib.

"Zülfüqar-99" birgə hərbi təlimlərinin ümumi məntəqəsində, on dərəcəlik orbitdə, Hind okeanının şimalında yerləşən ucqar sularda kəşfiyyat və əməliyyat patrulu tapşırığının yerinə yetirilməsi "Fateh" tipli sualtı qayıq tərəfindən bu təlimlərdə həyata keçirilən əməliyyatlardan olub.

Xəbəri paylaş

VİDEOLAR