Tehran Universitetinin Geofizika İnstitutunun məlumatına görə, episentri Dehloran şəhərinin Musiyan rayonu olan 5 bal gücündə zəlzələ baş verib.
Az.rasthaber.com xəbər verir ki, dünən axşam yerli vaxtla saat 22:38-də qeydə alınan zəlzələ 14 kilometr dərinlikdə baş verib və İranın bəzi digər bölgələrində də hiss olunub.
Dehloran Qubernatorunun müavini Nemətullah Hatəmi zəlzələdən sonra apardıqları çöl işləri zamanı can itkisi və ya maddi tələfatın olmadığını, işlərinin davam etdiyini bildirib.