İran bu ölkədə yaşayan əfqanıstanlı miqrantların siyahıyaalınması layihəsini həyata keçirəcək.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi deyib.
O bildirib ki, Əfqanıstanlı mühacirlərin siyahıyaalınması layihəsi tezliklə başlanacaq.
"Bütün Əfqanıstanlı miqrantlardan və digər ölkələrdən olan miqrantlardan istəyirik ki, elan olunmuş zaman kəsiyində müraciət etsinlər və siyahıyaalınmada iştirak etsinlər. İştirak etməyənlər haqqında sərt tədbirlər görüləcək".
İranın daxili işlər naziri qeyd edib ki, bu layihəyə qoşulan bütün Əfqanıstan vətəndaşlarına müvəqqəti yaşamaq icazəsi veriləcək.
Ə.Vəhidi qeyd edib ki, əfqanıstanlı miqrantların tanınması çox önəmlidir. "Miqrantların müəyyənləşməsi həm İran , həm də miqrantlar üçün problemlər yaradır. Bu problemlərin aradan qaldırılması üçün siyahıya alınma həyata keçiriləcək".