Yerli inqilabi məhkəmənin rəhbəri Əhməd Qurbani bildirib
Rasthaber Azərbaycan az.shafaqna.com-a istinadən xəbər verir ki, İran güc strukturu əməkdaşları ölkənin cənub-şərq hissəsində xarici kəşfiyyatla əlaqədə şübhəli bilinən bir neçə nəfəri tutub.
“Kermanda xarici kəşfiyyat xidmətləri ilə əlaqəli bir neçə nəfər saxlanılıb. İş gözdəт keçirildikdən sonra məhkəmə hökm oxuyub. Bundan başqa, Kermanda düşmən qruplaşmasının üzvləri də saxlanılıb”, – deyə yerli inqilabi məhkəmənin rəhbəri Əhməd Qurbani bildirib.
Həmin şəxslərin tutulma tarixi, sayı və hansı ölkələrə işləməsi barədə məlumat verilməyib.