İranda xarici dövlətlərə işləməkdə şübhəli bilinən 12 nəfər saxlanıldı

İranda xarici dövlətlərə  işləməkdə şübhəli bilinən 12 nəfər saxlanıldı

İranda xarici dövlətlərə işləməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə yerli “Tasnim” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

Bildirilib ki, şəbəkə üzvləri İranın mərkəzi vilayətində saxlanılıb.

Onlar Almaniya və Hollandiyada ayrı-ayrı şəxslərin dəstəyi ilə təxribat fəaliyyəti həyata keçirməkdə şübhəli bilinirlər.

Qeyd olunub ki, 12 nəfərdən ibarət şəbəkə üzvləri silahların hazırlanması ilə məşğul olub. Onlar təxribat törətmək niyyətində olublar, lakin planlarını həyata keçirməmiş saxlanılıblar.

Xəbəri paylaş

VİDEOLAR