İranda ticarət binasının çökməsi ilə bağlı 13 nəfər həbs edilib

İranda ticarət binasının çökməsi ilə bağlı 13 nəfər həbs edilib

İranın Xuzestan əyalətinin Abadan şəhərində 10 mərtəbəli ticarət binasının çökməsi nəticəsində onlarla insan ölüb və xəsarət alıb. Hadisə ilə bağlı 13 nəfər məsuliyyətə cəlb edilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Ədliyyə Nazirliyinin Xuzestan nümayəndəliyinin sədri Əli Dehqani məlumat verib.

Bildirilib ki, “Metropol” ticarət mərkəzinin çökməsi hadisəsi ilə bağlı indiyədək 13 nəfər saxlanılıb.

Onlar binanın tikintisi, təhlükəsizliyin təmini və sair əlaqəli qurumların və podratçı şirkətlərin nümayəndələridir.

Qeyd edək ki, hadisə zamanı həyatını itirənlərin sayı 28-ə çatıb ki, binanın sahibi də onlardan biridir.

Xatırladaq ki, İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei hadisə ilə bağlı başsağlığı verib və səbəbkarların cəzalandırılmasını istəyib.

Xəbəri paylaş

VİDEOLAR