İranın Sistan-Bəlucistan əyalətinin Seravan rayonunda baş verən qarşıdurmada bir sərhədçi həyatını itirib.
Az.rasthaber.com xəbər verir ki, İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin Seravan rayonunda təhlükəsizlik qüvvələri ilə “bir qrup silahlı terrorçu” arasında baş verən qarşıdurmada bir sərhədçi həyatını itirib.
Xəbərdə silahlı qarşıdurmanın Pakistandan İrana keçməyə cəhd edən qrupla baş verdiyi bildirilib.