İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində "Ceyşül-ədl" terror qruplaşmasının 2 üzvi edam olunub.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, edam olunan şəxslər Raşid Bəluç Əfzəl oğlu və İshaq İskani Dilavər oğludur. Onlar terror törətməkdə, sabitliyi pozmaqda, 4 sərhədçinin öldürülməsi və çox sayda təhlükəsizlik qüvvəsinin yaralanmasına səbəb olan atışmada iştirak etməkdə ittiham olunurdular.
Qeyd edək ki, edam olunan iki nəfər 2016-cı ildə Sistan və Bəluçistan əyalətini Cəbəruk və Ridik sərhədində 4 sərhədçini öldürüb.