İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Korrin bölgəsində terror partlayışı baş verib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, partlayış bu gün səhər Zahidan şəhərinin Korrin bölgəsindəki Gəluqah kəndinin yaxınlığında, Sepah qüvvələrinin iki avtomobilinin hərəkəti istiqamətində baş verib.
Zahidan əhalisinin İran İslam Şurası Məclisindəki nümayəndəsi Fəda Hüseyn Maleki bu xəbəri təsdiq edərək deyib: "Sepah qüvvələrinin iki avtomobili keçərkən "Ceyşul zülm" terror qruplaşması tərəfindən həyata keçirilən bu hücumda insan tələfatı olmayıb və təkcə bölgə üzrə Sepah komandanı yaralanıb.
"Ceyşul zülm" terror qruplaşması da öz teleqram kanalında bir açıqlama yayıb və bu terror hücumunun məsuliyyətini üzərinə götürüb.
Sepah-ın ölkənin cənub-şərqi üzrə quru qoşunlarının Qüds qərargahının ictimai əlaqələr üzrə məsul şəxsinin sözlərinə görə, hazırda Sepah qüvvələri bölgədədir və məsələnin miqyasını araşdırırlar.
Zahidan millət vəkili Feda Hüseyn Maleki “Mehr” agentliyinə açıqlamasında deyib ki, terror aktı zamanı 1 nəfərin şəhid olma xəbəri düz deyil, bir nəfər yaralanıb.
Maleki həmçinin bildirib ki, partlayıcı qurğunun yeri təsbit edilib, biri zərərsizləşdirilib, digəri isə partlayıb.
Yaralının vəziyyəti haqda danışan Maleki onun xəsarətlərinin yüngül olduğunu vurğulayıb.