İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində 4 yol polisi həlak olub.
Az.rasthaber.com xəbər verir ki, İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində yol polisinə silahlı basqın edilib.
Xəbərdə Həş-Taftan yolunda patrul xidməti aparan yol polislərinin atəşə tutulduğu bildirilib.
Terror aktı nəticəsində 4 yol polisi həlak olub.
Zahidan Prokurorluğundan verilən açıqlamada terrorçuların tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.