İranda tanınmış sünni din aliminə qarşı sui-qəsd həyata keçirənlər tutulub

İranda tanınmış sünni din aliminə qarşı sui-qəsd həyata keçirənlər tutulub

İranın Sistan-Bəluçistan əyalətində hakimiyyətə yaxın sünni din alimini qətlə yetirən qrupun üzvləri ələ keçirilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Sistan-Bəluçistan əyaləti Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, İranın Sistan-Bəluçistan əyalətinin Xaş rayonunun tanınmış din alimi Mövləvi Əbdülvahid Rigini oğurlayaraq, qətlə yetirən şəxslər ələ keçirilib.

Araşdırma zamanı tutulanların, vəziyyətin gərgin olduğu əyalətdə digər tanınmış dini simalara qarşı da terror aktı planlamaları məlum edilib.

O, ötən həftə imamı olduğu məscidin arxa qapısından oğurlanaraq, qətlə yetirilmiş və cəsədi daha sonra Polis çağırış mərkəzinə edilən zənglərdən sonra tapılmışdı.

Qeyd edək ki, Mövləvi Əbdüvahid Rigi İran hökuməti ilə yaxşı münasibətlərə malik olan və əyalətdə məzhəblərarası tolerantlıq zəminində böyük xidmətləri olmuşdur.

Xəbəri paylaş

VİDEOLAR