İranın Fars əyalətində İnqilab Keşikçiləri Qvardiyasına məxsus SU-22 tipli döyüş təyyarəsi havaya qalxarkən texniki nasazlıq yaranıb.
Az.rasthaber.com xəbər verir ki, İnqilab Keşikçiləri Aviasiya və Kosmik Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən açıqlamaya görə, SU-22 tipli döyüş təyyarəsində havaya qalxarkən texniki nasazlıq yaranıb.
Şiraz aviabazasında baş verən qəzada təyyarə uçuş-enmə zolağından çıxıb.
Ejeksiyon oturacaq sistemindən istifadə edən pilotların qəzadan sağ çıxdıqları açıqlanıb.