İranın Kiş adasından Tehrana uçan təyyarə İsfahanda təcili eniş edib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, "ATA" hava yollarına məxsus təyyarənin İsfahan şəhərinə təcili eniş etməsinə səbəb təyyarənin mühərriklərindən birində yaranmış texniki nasazlıq olub.
Göyərtəsində 174 sərnişin olan təyyarənin enişi zamanı qəza baş verməyib və sərnişinlər təxliyə edilib.
Hadisə zamanı xəsarət alan olmayıb.