İranda SEPAH generalı terrorçularla silahlı toqquşmada dünyasını dəyişdi

İranda SEPAH generalı terrorçularla silahlı toqquşmada dünyasını dəyişdi

Silahlı qruplaşma üzvlərindən də bir neçə nəfər öldürülüb və həbs olunanlar da var.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, hadisə dünən İranın Kürdüstan əyalətinin Divandərə bölgəsində baş verib.

SEPAH qüvvələri ilə silahlı qruplaşma üzvləri arasında silahlı toqquşma zamanı İslam İnqilabı Keşikçilər Korpusunun Beytül-Müqəddəs qərargahının komandiri, general Şəkiba Səlimi və Keşikçilər Korpusunun bu bölgədəki daha iki üzvü Cəfər Nizampur, Məhəmməd Şəkər adlı şəxslər aldıqları güllə yarasından dünyalarını dəyişiblər.

Məlumatda qeyd olunur ki, silahlı qruplaşma üzvlərindən də bir neçə nəfər öldürülüb və həbs olunanlar da var.

Xəbəri paylaş

VİDEOLAR