İranda sel və daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

İranda sel və daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

İranın Fars, Gilan, Sistan və Bəlucistan, Buşəhr, Hörmüzqan, Kerman və Xuzestan əyalətlərində son günlərdə normadan artıq yağıntıların düşməsi nəticəsində sel və daşqınlar baş verib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar Təşkilatının sözçüsü Muctəba Xalidi bildirib ki, sel və daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. 

Qeyd olunub ki, son günlərdə sel və daşqınlar daha çox Hörmüzqan əyalətində fəsadlar yaradıb. Burada 6 nəfər, digər əyalətlərdə isə 3 nəfər həyatını itirib.

Xəbəri paylaş

VİDEOLAR