İranda prezident seçkilərinin ikinci turu başlayıb, Ayətullah Xamenei səs verib

İranda prezident seçkilərinin ikinci turu başlayıb, Ayətullah Xamenei səs verib

İranda növbədənkənar prezident seçkilərinin ikinci turu başlayıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, seçkilərin ikinci turunda islahatçı namizəd Məsud Pezeşkian və mühafizəkar namizəd Səid Cəlili mübarizə aparır.

"Tasnim”in məlumatına görə, İranın Ali Rəhbəri Seyid Əli Xamenei prezident seçkilərinin ikinci turunda səs verib.

 

Qeyd edək ki, birinci turda 42,6 faiz səslə Məsud Pezeşkian liderlik edirdi.

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında şəhid olmasından sonra ölkədə növbədənkənar prezident seçkiləri elan olunub.

Xəbəri paylaş

VİDEOLAR