İranda nazirlik əhalinin sağlamlığının təhlükədə olması ilə bağlı xəbərdarlıq edib

İranda nazirlik əhalinin sağlamlığının təhlükədə olması ilə bağlı xəbərdarlıq edib

İran səhiyyə nazirinin müavini, İqlim dəyişikliyi və havanın sağlamlığı şöbəsinin müdiri Abbas Şahsevəni əhalinin sağlamlığının təhlükədə olması ilə bağlı xəbərdarlıq edib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Abbas Şahsevəni bildirib ki, son günlər xəstəxanalara ürək və ağciyər xəstəlikləri üzrə müraciətlərin sayı 30 faiz artıb.

O qeyd edib ki, tozlu və çirkli hava şəraitinin davam edəcəyi təqdirdə əhalinin sağlamlığı təhlükədə olacaq.

Nazir müavini çirkli hava şəraiti ilə bağlı ölkə üzrə hər hansı bir qərarın olmadığını bildirib və vurğulayıb ki, Tehranla bağlı hava həddən artıq çirkli olarsa komitə təşkil olunacaq və qərar qəbul ediləcək.

Qeyd edək ki, son bir neçə gündür İranın müxtəlif şəhərlərində güclü külək havanın tozlu və çirkli olmasına səbəb olub. Çirkli hava şəraitinə görə, paytaxt Tehran və bəzi şəhərlərdə məktəb və dövlət idarələrində tətil elan edilib.

Bildirilir ki, tozlu və çirkli hava şəraiti bir neçə gün davam edəcək.

Xəbəri paylaş

VİDEOLAR