İranın Sənaye, Mədən və Ticarət nazirinin müavininə qarşı sui-qəsd həyata keçirilib. Nazir müavini xəstəxanaya yerləşdirilib.
Az.rasthaber.com İran mətbuatına istinadən xəbər verir ki, nazir müavini Məhəmməd Mehdi Bəradəran ötən gün evinə qayıdarkən naməlum şəxs ya şəxslər tərəfindən hücuma məruz qalıb.
Soyuq silahlarla nazir müavininə edilən hücum nəticəsində o yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hücum edənlərin kimliyi hələ bəlli deyil.