İranda Mossadla əlaqəsi olan 4 nəfər edam edilib

İranda Mossadla əlaqəsi olan 4 nəfər edam edilib

Keçən il İsfahanda həssas obyekti bombalamaq cəhdi zamanı həbs edilən Mossadla əlaqəsi olan 4 nəfər edam edilib.

Az.rasthaber.com xəbər verir ki, ötən il İsfahanda həssas obyekti bombalamaq cəhdi zamanı həbs edilən Mossad-a bağlı 4 nəfər bu gün edam edilib.

İran Kəşfiyyat Nazirliyindən verilən yazılı açıqlamada, sionist rejimin gizli xidməti olan Mossad-a bağlı casusluq şəbəkəsinin üzvlərinin İraqın şimalından İran ərazisinə daxil olaraq həssas bölgələrə qarşı əməliyyatlar həyata keçirildiyi açıqlanıb.

Bəyanatda bildirilir ki, İran təhlükəsizlik qüvvələri terror aktları törətmək üçün ölkəyə göndərilmiş Mossad-a bağlı casusluq şəbəkəsinin üzvlərini hər hansı təxribat hərəkəti etməzdən əvvəl müəyyən edərək həbs edib.

Həbs edilən casusluq şəbəkəsinin dörd əsas üzvünün işi araşdırılması üçün İslam İnqilabı Məhkəməsinə aparılıb. Nəhayət, 2023-cü il sentyabrın 18-də bu 4 nəfər qəsbkar sionist rejimin xeyrinə kəşfiyyat əməkdaşlığı ittihamı ilə edama məhkum edilib.

Xəbəri paylaş

VİDEOLAR