Mossad casus xidməti tərəfindən idarə olunan və İranda kiberşəbəkəni idarə edən Muhamməd Əmin Mehdavi Şayestə adlı şəxs məhkəmə prosesi başa çatdıqdan sonra edam edilib.
Az.shafaqna.com xəbər verir ki, sionist rejimin xeyrinə məlumat toplamaq cinayətinə görə mühakimə olunan Məhəmməd Əmin Mehdavi Şayestə adlı şəxs məhkəmə prosesinin başa çatmasından və Ali Məhkəmənin qərarının təsdiqindən sonra bu gün səhər edama məhkum edilib.
Dosyedəki sənədlərə əsasən, Mossad-a bağlı kiber komandanın rəhbəri olan sözügedən şəxs şüurlu şəkildə sionist rejimin terrorçu-kəşfiyyat xidməti ilə əməkdaşlıq edirmiş.
Mossad-a bağlı bu anti-İran kiber şəbəkəsi sionist zabitlərin nəzarəti altında internet və sosial media üzərindən fəaliyyət göstərirdi. Bu komandanın rəhbəri Mehdavi Şayəstə şəbəkənin idarə olunmasını, Mossad zabitlərinin göstərişlərinin ötürülməsini, həm sosial media, həm də səhra əməliyyatlarının icrasını təmin edib.