İranda külli miqdarda narkotik maddə aşkar edildi

İranda külli miqdarda narkotik maddə aşkar edildi

"Son bir ildə ölkədə min 10 ton narkotik maddə aşkar edilib və bu sahədə dünya rekordu qırılıb".

Bunu İranın nizam-intizam qüvvələrinin narkotik maddələrlə mübarizə polisinin sədri deyib.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, briqada generalı Məcid Kərimi İRİB xəbər agentliyi ilə müsahibədə əlavə edib: "Narkotiklərlə mübarizədə əsas problemimiz şərq qonşularımızdır, hansı ki, ildə 6000-10000 ton müxtəlif növ narkotik maddə istehsal edirlər və dünyada ən böyük narkotik maddə istehsalçıları hesab edilirlər. 

O, deyib: "Dünya tiryəkinin 90 faizi bizim şərq qonşularımızda istehsal olunur".

"Təəssüf ki, bu məsələdə qərb ölkələri onları dəstəkləyirlər, və modifikasiya edilmiş toxumlar verərək, narkotik maddələrin istehsalını artırıblar", - deyə İranın nizam-intizam qüvvələrinin narkotik maddələrlə mübarizə polisinin sədri qeyd edib. 

Sərdar Kərimi əlavə edib: "1010 ton narkotik vasitənin aşkar edilməsini nəzərə alaraq, İranda onların aşkar edilməsi keçən illərlə müqayisədə 24 faiz artıb".

Onun dediyinə görə, 2020-ci ildə İranın narkotiklərlə mübarizə polisinin əməkdaşlarından 8 nəfər şəhid olub, 30 nəfərdə qazi olub.

Xəbəri paylaş

VİDEOLAR