İranda koronavirusa yoluxanların sayı 1 milyon 177 min nəfəri keçdi

İranda koronavirusa yoluxanların sayı 1 milyon 177 min nəfəri keçdi

İranda ötən sutka ərzində 6 261 nəfər koronavirusa (COVID-19) yoluxub.

Rasthaber Azərbaycan Trend-ə istinadlı məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 177 004 nəfərə çatıb. Virus daşıyıcılarından 5 419 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 153 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 54 156 nəfərə yüksəlib.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 914 194 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 7,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 205 rayonun narıncı və 243 rayonun sarı zona olduğunu deyib.

Xəbəri paylaş

VİDEOLAR