İranda koronavirusa yoluxanların 80 faizə yaxını sağalıb

İranda koronavirusa yoluxanların 80 faizə yaxını sağalıb

İranda koronavirusla bağlı yeni statistika açıqlanıb

Rasthaber Azərbaycan "İslamazeri.com"-a istinadən xəbər verir ki, İran Səhiyyə nazirliyinin sözcüsü bu haqda açıqlama yayıb.

Dr. Sima Sadat Lari  deyib: "İranda son sutkada qəti diaqnostika meyarlarına əsasən, daha 2 min 449 nəfərdə koronavirus aşkarlanıb. Ölkəda koronavirusa yoluxanların ümumi sayı 189 min 876 nəfərə çatıb."

"Son 24 saat ərzində isə 113 xəstə hayatını itirib və beləliklə koronavirusdan ölənlərin ümumi sayı 8 min 950 nəfərə yüksəlib.", - deyə Səhiyyə Nazirliyinin sözcüsü əlavə edib.

Larinin sözlərinə görə, Xoşbəxtlikdən, bu günə qədər 150, 590 xəstə sağalıb və ya xəstəxanalardan buraxılıb. Eyni halda 2765 xəstənin vəziyyəti ağırdır.

Bu günə qədər ölkədə covid 19-un diaqnozu ilə bağlı 1 269 194 sınaq keçirilmişdir.

Səhiyyə Nazirliyinin nümayəndəsinə görə, Xuzistan, Qərbi Azərbaycan, Hormozgan, Kürdüstan və Sistan və Bəluçistan əyalətləri xəbərdarlıq və ya qırmızı vəziyyətdədir.

Qeyd edək ki, 10 gün əvvəl sağalma faizi 77.93 olub.

Xəbəri paylaş

VİDEOLAR