İranda koronavirusa yoluxanlardan 552 nəfər sağalıb

İranda koronavirusa yoluxanlardan 552 nəfər sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 552 nəfər sağalıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu gün İranda 2922 nəfərin koronavirusa yoluxduğunu bildirən İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour deyib ki, təəssüflə, indiyədək 92 nəfər bu virusa yoluxma nəticəsində həyatını itirib.

Koronavirus epidemiyası ötən ilin dekabrında Çinin Uhan şəhərindən başlanıb.

Bu virus indiyə kimi Çinin 30 əyalətindən əlavə, 81 ölkəyə də sirayət edibdir.

Son məlumatlara görə, indiyədək dünyada 94 minə yaxın insan bu virusa yoluxub.

Bu miqdardan 50 mindən çox insan sağalıb, 3218 nəfər isə vəfat edib.

Xəbəri paylaş

VİDEOLAR