İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri dünən deyib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 3529 nəfər sağalıb və xəstəxanalardan buraxılıblar.
İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün müxbirlər qarşısında ölkədə on bir min nəfərdən çox insanın koronavirusa yoluxduğunu bildirərək deyib ki, təəssüflə, indiyədək 514 nəfər bu virusa yoluxma nəticəsində həyatını itirib.